İsrailin İslam Respublikasına hücumları nəticəsində nüvə alimlərinin həlak olmasına baxmayaraq, İran nüvə sahəsində fəaliyyətini davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami öz "Instagram" səhifəsində yazıb.
"Gənc alim və mütəxəssislərimiz iftixar və ümid hissi ilə vəfat etmiş nüvə alimlərimizin yolunda irəliləməyə davam edəcəklər", - deyə o qeyd edib.
Xatırladaq ki, İsrailin İran ərazisinə endirdiyi zərbə nəticəsində beş universitet professorunun öldürüldüyünü bildirilib.