Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail ordusu İran dronlarının hamısını uğurla zərərsizləşdirdi
İsrail ordusu İran tərəfindən buraxılmış bütün pilotsuz uçuş aparatlarını (PUA) uğurla məhv edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrailin "Ynet" portalı xəbər verib.
Bildirilir ki, İsrailin Arxa Cəbhə İdarəsi əhaliyə yönəlik həyəcan siqnalının artıq ləğv edildiyini açıqlayıb.
"Arxa Cəbhə İdarəsinin növbəti bildirişinə qədər vətəndaşların sığınacaqlara yaxın ərazilərdə olmasına ehtiyac yoxdur", - deyə məlumatda vurğulanıb.

İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq məqsədilə onların məhv edilməsi prosesinə başlayıb.
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadla xəbər yayıb.
Bildirilib ki, PUA-lar İsrailin hava məkanına çatmamışdan əvvəl, əsasən, İordaniya üzərində havada zərərsizləşdirilir.
Məlumata görə, əgər vaxtında zərərsizləşdirilməsələr, dronlar, təxminən, bir saat ərzində İsrail ərazisinə çata bilər.
Qeyd olunub ki, bu hücumlar İranın İsrailin həyata keçirdiyi genişmiqyaslı hava zərbələrinə cavab olaraq təşkil edilib. Belə ki, İran tərəfdən İsrailə doğru 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailə doğru göndərilən pilotsuz aparatların "Shahed-136" tipli olduğu ehtimal edilir.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi