"ABŞ və digər Qərb dövlətləri tərəfindən İsrailə hərtərəfli dəstək beynəlxalq sülh və təhlükəsizlik üçün böyük təhlükə törətməyə başlayıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
"İsrail rejiminin cəzasız qalması, onun ABŞ və digər Qərb ölkələrindən aldığı hərtərəfli dəstək beynəlxalq sülh və regional təhlükəsizlik üçün görünməmiş təhlükəyə çevrilib", - deyə diplomat həftəlik brifinqdə bildirib.
İsrail İrana zərbələr endirməkdən ötrü ABŞ silahlarından istifadə edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
O brifinqdə deyib ki, İsrail müxtəlif növ silahlardan, o cümlədən ABŞ-nin tədarük etdiyi arsenaldan yararlanaraq İrana hücum edib.