Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İran Yəhya Sinvarın HƏMAS-ın lideri olaraq seçilməsinə münasibət bildirdi
"Yəhya Sinvarın Fələstin HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri seçilməsi fələstinlilərin İsrailin gələcəyə ümidlərini məhv edən bir yol seçdiyini göstərir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bunu İran ordusunun baş komandanı general-leytenant Əbdülrahim Musəvi deyib.
O, Sinvarı Fələstinin azadlığı uğrunda ən böyük mübarizlərdən biri adlandırıb:
"Dünən Yəhya Sinvarın təyin edilməsi fələstinlilərin və HƏMAS-ın hansı yolu seçdiyini göstərdi. Bu seçim göstərir ki, İsrailin gələcəyə heç bir ümidi olmamalıdır".
Musəvi, həmçinin Tehranda İsmail Haniyənin öldürülməsi də daxil olmaqla bütün cinayətlərin cavabsız qalmayacağını, onların qətiyyətli sərt cavab alacaqlarını deyib.
Xatırladaq ki, avqustun 6-da HƏMAS sui-qəsd nəticəsində həlak olmuş İsmail Haniyənin yerinə Yəhya Sinvarın seçildiyini elan edib. O, hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının və İsraillə əməkdaşlıq edən fələstinlilərə qarşı cəza əməliyyatlarının keçirilməsində ixtisaslaşmış HƏMAS-ın daxili təhlükəsizlik təşkilatı "Məcd"in qurucularından biri hesab olunur.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
Rəylər