ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının bərpasından sonra 18 ticarət gəmisinin marşrutunu dəyişdirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, iyulun 28-nə olan vəziyyətə əsasən, CENTCOM 18 kommersiya gəmisini alternativ marşruta yönləndirib, iki gəmini fəaliyyətsiz vəziyyətə salıb, daha iki gəmiyə isə tam blokadanın təmin edilməsi məqsədilə desant çıxarıb.
CENTCOM nümayəndələrinin sözlərinə görə, hazırda Yaxın Şərq regionunda 20-dən çox ABŞ hərbi gəmisi fəaliyyət göstərir.
Xatırladaq ki, ABŞ İrana qarşı dəniz blokadasını iyulun 14-də yenidən tətbiq edib.