İranın ali lideri Əli Xameneinin həlak olması fonunda ölkədə hakimiyyətə dəstək mitinqləri keçirilib.
Oxu.Az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nümayişlər Təbriz, İsfahan, Urmiya, Zahidan və İranın digər şəhərlərində baş tutub.
*İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
Aksiyalarda nümayişçilərin ölkə bayraqlarını, həlak olmuş Xameneinin portretlərini tutduqları, İsrail və ABŞ əleyhinə şüarlar səsləndirdikləri bildirilib.