Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda milli matəm elan edilib
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayış zamanı çoxsaylı insan itkisi ilə əlaqədar aprelin 28-i ölkədə Milli Matəm Günü elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hökumət nümayəndəsinə istinadla xəbər verir.
Onun sözlərinə görə, sabah bütün ölkə üzrə Milli Matəm Günü olacaq.
Qeyd edək ki, partlayış nəticəsində ən son məlumata görə, 28 nəfər həlak olub.

İranın Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan əyalətində üçgünlük matəm elan edilib.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, Hörmüzqan valisi Şəhid Rəcai limanında 18 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından bu qərarı açıqlayıb.
Vali bildirib ki, partlayış nəticəsində ölənlərin sayı arta bilər.