Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda yaşayış binasında partlayış: Onlarla insan xəsarət alıb
İranın paytaxtı Tehranda üçmərtəbəli yaşayış binasında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, məlumatı İRNA yayıb.
Məlumata görə, hadisə qaz sızmasından baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib, 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edilir ki, bina zərbənin gücündən dağılıb.
"İranda partlayış" teqi üzrə xəbərlər
Ən çox oxunanlar