İran tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Beyt Şemeş şəhərində ən azı altı nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə milli təcili tibbi yardım xidməti məlumat yayıb.
Azı 23 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta-ağır, digər 18 nəfərin xəsarətləri isə yüngüldür.
Yaralıların hamısı xəstəxanalara yerləşdiriliblər.