Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranın keçmiş xarici işlər naziri prezident seçkisində iştirakdan imtina edib
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra ölkədə keçirilən növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürməkdən imtina edib.
O, jurnalistlərin seçkidə iştirak etmək niyyətinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən, bu ehtimalları təkzib edib.
Xatırladaq ki, növbədənkənar prezident seçkisi üçün namizədlərin qeydiyyatı mayın 30-da başlanacaq. İştirakçıların siyahısı iyunun 11-də təqdim olunacaq.
İyunun 28-də isə prezident seçkisi keçiriləcək.
İran konstitusiyasının 131-ci maddəsinə əsasən, yeni prezident seçkisi prezidentin vəfatı və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildikdən və səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsindən sonra 50 gün ərzində keçirilməlidir. Hazırda İranda dövlət başçısı vəzifəsini Məhəmməd Moxber icra edir.
Mənbə: RİA Novosti