İranın şimalında 4.5 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerlaltı təkanlar Bakı vaxtı ilə 00:16-da qeydə alınıb. Qurumdan verilən xəbərə görə, Tehrandan 38 km şərqdə qeydə alınan zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Zəlzələ nəticəsində hər hansı itki və fəsadlar barədə məlumat verilməyib.