İranın xarici işlər naziri Abbas Əraqçı İsraili ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə iranlı nazir özü açıqlama verib..
Onun sözlərinə görə, İran-israil münaqişəsi zamanı onun yaşadığı evin qarşısına bomba düşüb.
Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında iştirak etmək üçün Türkiyəyə səfəri zamanı Əraqçının avtomobili üzərində İsrail PUA-ları uçub. O, məcbur qalaraq telefonlarını söndürdüyü deyib.