Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranlı general ehtiyatsızlıqdan özünü güllələdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Samin ül Əimmə” qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib.
Oxu.Az İran mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib.
Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib.
Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl “İmam Rza” qüvvələrinin 21-ci briqadasının, 5-ci “Nəsr” ordusunun və “Qüds” qərargahının komandiri vəzifələrində çalışıb.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!
"İran" teqi üzrə xəbərlər
- Xameneinin ailə üzvü: "İran ABŞ-ni təhrik etmək istəmir"
- İsrail Qəzzada iranlı jurnalisti həbs edib
- İranın keçmiş prezidenti İbrahim Rəisinin həyat yoldaşı vəzifəsindən uzaqlaşdırıldı
- Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırıldı
- Böyük texnologiya brendləri İranı tərk edir
Rəylər