Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacib idi. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçirdik.
Oxu.Az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) sədri Oqtay Əsədov deyib.
Oqtay Əsədov Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirdiyini qeyd edib.
O bildirib ki, ötən il Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və bu, böyük nailiyyətdir.
“Gürcüstan Azərbaycana qardaş ölkədir. Gürcüstanın bayramı Azərbaycanın bayramıdır”, - deyə O.Əsədov əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
- Zahid Oruc: "Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb