İraq hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları (PUA) və partlayıcı maddələr daşıyan üç yük avtomobilini saxlayıb.
Oxu.Az-ın "Mehr"ə istinadən verdiyi məlumata görə, bu barədə İranın polis rəsmisi Səid Montazir əl-Məhdi xəbər verib.
Onun sözlərinə görə, İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbir görərək PUA-lar daşıyan üç nəqliyyat vasitəsini və daşımada iştirak edən şübhəli şəxsləri saxlayıb.
Hadisə ilə bağlı İraq sərhəd orqanlarından hələlik rəsmi açıqlama verilməyib.