Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən "Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.
Təmsilçilərimizdən "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.