Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İraqda İranın dəstəklədiyi silahlılar tərksilah olmağa hazırlaşırlar
"İraqda İranın dəstəklədiyi silahlılar Trampın qəzəbindən yayınmaq üçün tərksilah olmağa hazırlaşırlar".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İraqın 10 yüksəkrütbəli komandiri "Reuters"ə xəbər verib.
Bildirilib ki, İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qruplar ilk dəfə olaraq Tramp Administrasiyası ilə münaqişənin şiddətlənməsi riskindən qaçmaq üçün silahlarını yerə qoymağa hazır olduqlarını bəyan ediblər.
Mənbə bu addımın Trampın yanvar ayında vəzifəyə başlamasından bəri ABŞ rəsmilərinin İraq hökumətinə təkrar xəbərdarlıqlarından sonra atıldığını bildirib.
Vurğulanıb ki, ABŞ rəsmiləri ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların məhv edilməsi üçün tədbir görülməsə, Vaşinqtonun onları hava hücumları ilə hədəfə alacağı barədə Bağdada xəbərdarlıq ediblər.
"İraq" teqi üzrə xəbərlər
- Fidan: "Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır"
- İraq SOCAR-ı ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib
- İraqda qum fırtınası minlərlə insanı xəstəxanalıq etdi
- İraqda qum fırtınası: İnsanlar nəfəs almaqda çətinlik çəkiblər
- İraqda İrana bağlı "Həşdi-Şəəbi" qüvvələrinin rəhbəri silahı yerə qoyduqlarını açıqladı