İraqda Ramazan ayının başa çatması qeyd olunarkən partlayış baş verib, nəticədə 21 nəfər ölüb. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bomba quraşdırılmış avtomobil Bağdadın 30 kilometr şimal-şərqində Xan-Bani-Saad şəhərində insanların çox olduği bazarda partlayıb.
Partlayış nəticəsində ən azı 50 nəfər yaralanıb.
Məlumata əsasən, ölənlər və yaralananlar Ramazan ayının başa çatmasını qeyd edirdilər.