İraqın əl-Fəllucə şəhərində xəstəxananın bombardman edilməsi nəticəsində 25 qadın və uşaq ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Sky News Arabia məlumat yayıb.
Səhiyyə işçilərindən olan mənbənin məlumatına görə, xəstəxanaya İraq HHQ tərəfindən 3 mərmi atılıb.
Nəticədə 25 nəfər ölüb, daha 30 nəfər isə yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.