Artıq iki həftədir ki, erməni paytaxtının əsas yollarından olan Marşal Baqramyan prospektini iflic edən manifestçilər öz tələbləri yerinə yetirilənə qədər lazım olsa bir il də burada qalacaqlarını söyləyiblər.
Müvafiq bəyanatı şənbə günü aksiya təşkilatçıları, onlarla görüşə gələn Ermənistan polis polkovniki Valeri Osipyana deyiblər, Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
O, növbəti dəfə nümayiş edənlərə keçirdikləri aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edib. Buna cavab olaraq təşkilatçılar, küçəni yalnız onların tələbləri yerinə yetirildikdən sonra boşaldacaqlarını bildiriblər.
“Bizim onlarla (hakimiyyətlə) danışıqlar aparmaq niyyətimiz yoxdur, biz tələblərimizin yerinə yetirilməsini istəyirik, - onlar deyiblər. – Əgər lazım olsa burada bir il də oturarıq”.