Ermənistanda elektrik enerjisinin bahalaşmasına etiraz edənlər İrəvanda Azadlıq meydanında oturaq nümayişə son qoyurlar, aksiya iştirakçılarının əksər hissəsi Marşal Baqramyan prospektində aksiyaya davam edirlər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Qarətə yox!” hərəkatının fəalı Maksim Sarkisyan bəyan edib ki, çərşənbə axşamı onların gələcək fəaliyyətinə dair açıqlamanın səslənəcəyi mətbuat konfransı olacaq.
Hərəkatın liderlərindən biri Vaqinak Şuşanyan öz növbəsində mübarizənin yeni müstəviyə keçdiyini bəyan edib. Onun sözlərinə görə, fəallar konkret təkliflər ilə çıxış etmək üçün ekspertlər, iqtisadçılar, hüquqşünaslar qrupu yaratmaq niyyətindədirlər.