İraq İslam Şam Dövləti (İŞİD) adlı terror qruplaşması ilə PKK və PYD terror qruplaşmasının üzvləri arasında qarşıdurma yaşanıb.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Suriya ilə Türkiyə sərhəddinə yaxın Tel Abyad ərazisində 300 PKK-lı girov götürülüb.
PKK üzvləri paltarsız vəziyyətdə uzun müddət yerdə sürünüblər. Daha sonra onlar İŞİD terrorçuları tərəfindən güllələnib. Bu gün isə İŞİD, həmin görüntüləri yayımlayıb.