“İslam Dövləti” (İŞİD) terror qruplaşması növbəti edamını həyata keçirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İŞİD yaraqlıları İraqın Əl-Furat şəhərində dörd kişini ictimaiyyət qarşısında başlarından güllələyib.
İŞİD yaraqlıları edam edilən şəxsləri casusluqda ittiham edib.