İŞİD terror təşkilatının üzvləri tərəfindən əsir götürüldükdən sonra günlərlə cinsi zorakılığa məruz qalmış qadın başına gələnləri danışıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, adı gizli saxlanılan və əslən yezidi kürdü olan 17 yaşlı qadının yaşadıqları barədə İtaliyanın “La Respublika” qəzetində geniş məqalə dərc edilib.
O, qəzetə açıqlamasında özündən başqa 40-dan çox yezidi kürdü qadının da İŞİD silahlıları tərəfindən təcavüzə məruz qaldığını bildirib:
“Hər gün davamlı olaraq zorlayırdılar. Gündə ən azı 3 dəfə fərqli qruplar tərəfindən məcburi seksə məcbur edilirdik”.
Adı açıqlanmayan qadın aralarında hələ 13 yaşı tamam olmayan kürd qızların da İŞİD-in iyrənc əməllərindən əziyyət çəkdiyini deyib.
Qeyd edək ki, İŞİD avqustun 3-də İraqın Sincar dağında xeyli yezidi kürdünü öldürüb, qadın və uşaqları isə əsir götürüb.