İŞİD qruplaşması və “Taliban” hərəkatı arasında müharibə başlaya bilər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi xəbər yayıb.
Qilmənd əyalətinin polis rəisinin bildirdiyinə görə, terror təşkilatların bir birilərinə cihad elan etməsinə dair sənədlər aşkar edilib. Məlumata görə, İŞİD-in lideri həmçinin “Taliban” rəhbəri Məhəmməd Öməri axmaq və səriştəsiz sərkərdə adlandırıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin