İraq hərbçiləri Mosuldan cənubda İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən edam edilən 20 qadın və uşağın meyitini aşkarlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, cəsədlər Əl-Kayyara yaşayış məntəqəsinin yaxınılığında tapılıb.
Mənbə bildirib ki, terrorçular qadın və uşaqları xilafətin ərazisini tərk etməkdə ittiham edərək öldürüblər.
S.B.
www.oxu.az