Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya Peterburqdakı Azərbaycan diasporunun nümayəndəi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
E.Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
21:14
Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.
Oxu.Az Life nəşrinə istinadən, hazırda siyahıda 16 nəfərin adı var.
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.
Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirib.
S.B.
www.oxu.az