İraq Şam İslam Dövləti terror təşkilatı zina etməkdə ittiham olunan qadını edam edib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, qadın şəriət qaydalarına uyğun olaraq İraqda daş-qalaq edilərək öldürülüb.
İŞİD döyüşçülərindən biri əvəlcə onun cəzasını kağızdan oxuyub. Daha sonra digər təşkilat üzvləri onu daş-qalaq etməyə başlayıblar.
Qeyd edək ki, bu, İŞİD-in ilk belə edamı deyil. Təkilat ötən həftə iki nəfəri homoseksual olmaqda ittiham edərək binadan aşağı atıb öldürmüşdü.

E.Ə.
www.oxu.az