Pakistan paytaxtında baş verən partlayışda 12 nəfər həlak olub.
Oxu.Az bu barədə "Geo News"a istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə İslamabad Rayon Məhkəməsinin girişinin yaxınlığında baş verib.
Burada, adətən, məhkəmə iclasları üçün çoxlu izdiham toplaşır. Polis partlayışın məhkəmə binasının qarşısında park edilmiş avtomobildə baş verdiyini bildirib.
Yaralananlar arasında vəkillər də var. Partlayışdan sonra məhkəmə binası boşaldılıb. İçəridə olanlar arxa qapıdan təxliyə edilib və məhkəmə iclasları dayandırılıb.