Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İspaniya məktəblərində bir sıra qida məhsulları qadağan edildi
İspaniyada məktəblərdə qidalanma sistemi tamamilə dəyişir.
Oxu.Az xəbər verir ki, İspaniya Nazirlər Şurası ölkə məktəblərində qidalanma sistemini əsaslı şəkildə dəyişəcək inqilabi normativ aktı təsdiqləyib. Bu barədə məlumatı "El Pais" nəşri yayıb.
Yeni qaydalara əsasən, təhsil müəssisələrində şirin qazlı içkilərin, enerji içkilərinin və sənaye üsulu ilə hazırlanmış çörəklərin satışı qadağan olunacaq.
İspaniyanın sosial hüquqlar və gündəmlə bağlı məsələlər üzrə naziri Pablo Bustinduy bildirib ki, bu qərar uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.
Yenilənmiş qidalanma standartlarına uyğun olaraq, məktəb yeməkxanaları şagirdlərə təzə meyvələr, tərəvəzlər, paxlalı bitkilər, balıq və keyfiyyətli ət məhsulları ilə zəngin gündəlik balanslaşdırılmış menyu təqdim edəcək.
Bu yanaşma uşaqlara böyümə və inkişaf üçün zəruri olan bütün qida maddələrini təmin etməyə, onların ümumi sağlamlığını gücləndirməyə xidmət edəcək.
"Sağlam qidalanma" teqi üzrə xəbərlər
- Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər - Onkoloqdan XƏBƏRDARLIQ
- Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
- "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?
- Qaragilənin xüsusən yaşlı insanlar üçün əvəzedilməz faydaları açıqlandı
- Qəribə paylaşımı ilə gündəm olan Çağla Şıkel tənqidlərə cavab verdi