İspaniyaya məxsus Seuta şəhərində miqrantlar üçün nəzərdə tutulmuş onlarla sığınacaqda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, şiddətli yanğın səbəbindən yüzlərlə insan ərazidən qaçmaq məcburiyyətində qalıb. Rəsmilərin verdiyi məlumata görə, hadisə zamanı insan itkisi qeydə alınmayıb. Hazırda yanğının qəsdən törədilib-törədilməməsi ilə bağlı təhqiqat aparılır.
Qaynar xətt:
(055) 224 12 12