Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb
İsrailin "El Al" aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları 2025-ci ilin mart ayının sonuna qədər dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə aviaşirkətin nümayəndəsi bildirib.
Aviaşirkət bu addımı Rusiyanın hava məkanının təhlükəli olması ilə əlaqələndirib.
Xatırladaq ki, Qroznıya yollanan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yağınlığında qəzaya uğramasından sonra "El Al" aviaşirkəti Moskvaya uçuşları bir həftəlik dayandırmışdı.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər