Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Cinayətkar qrupun üzvü imiş
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Həsənağa Elçin oğlu Məmmədov tanınmış aktyordur və Həsən Ağa adı ilə tanınır.
Fotoda Həsənağa Elçin oğlu Məmmədov
Fotoda Fərdi Rövşən oğlu Ramazanov

"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- 16 milyon manatlıq qaçaqmal, Xəzərdə keçirilən əməliyyatlar - DSX aylıq məlumatları paylaşdı