İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın girov saxladığı şəxslərdən ikisinin cəsədini aşkar edib.
Oxu.Az İsrail mediasına istinadən xəbər verib ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
İsrail hökumətinin başçısı girovların meyitlərinin artıq İsrail ərazisinə gətirildiyini bildirib.