"Azərbaycan üçün 2025-29-cu illər üzrə BMT-nin Turizm Təşkilatının Avropa üzrə Regional Komissiyasına üzv seçilmək mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq komissiyanın üzvlüyünə namizədliyini irəli sürüb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq icra edən Kənan Quluzadə deyib.
K.Quluzadə qeyd edib ki, komissiyaya beş yer üçün doqquz ölkə namizəddir:
"Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Yunanıstan və digər ölkələr də bu seçkidə iştirak edirlər. Ümid edirik ki, bu gün keçiriləcək səsvermə nəticəsində Azərbaycan 2025-29-cu illər üçün komissiyaya üzv seçiləcək".
O əlavə edib ki, Azərbaycan hazırda müxtəlif yeni istiqamətlər üzrə turizm məhsulları formalaşdırır:
"Ən prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərlə bağlıdır. Bu regionlara böyük maraq müşahidə olunur və Azərbaycan bu istiqamət üzrə avropalı turistlərin cəlb olunması üçün səylərini artıracaq".
Məhərrəm Əliyev