Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI
İran son eskalasiya mərhələsinin əvvəlindən bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, əməliyyatın başlanğıcından bəri İsrail ərazisinə yüzlərlə raket və PUA atılıb, nəticədə təxminən 35 müxtəlif məkanda düşmə halları qeydə alınıb.
Zərbələr nəticəsində 24 nəfər həyatını itirib, 650-yə yaxın şəxs isə xəsarət alıb. Yaralananlardan 10-nun vəziyyəti ağır, 37 nəfər orta ağırdır.
Bundan başqa İsrailin Vergi İdarəsindən bildirilib ki, şəxsi mülklərə dəyən zərərlə bağlı 18 766 müraciət daxil olub. Onlardan 15 861-i binalara, 1 272-si nəqliyyat vasitələrinə aiddir, 1 633 müraciət isə əmlaka və onun daxilindəki əşyalara dəymiş zərərlə bağlıdır.
Məlumatda o da bildirilir ki, 2 725 nəfər öz evlərindən təxliyə olunub.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"