İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzi hissəsinə yeni zərbələr endirməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri az əvvəl Tehranın tam mərkəzində yeni zərbə dalğasına başlayıb", - deyə açıqlamada bildirilir.
İsrail Hərbi Hava Qüvvələri Müdafiə Ordusunun (SAXAL) dəstəyi ilə Tehranın mərkəzindəki İran rəhbərliyinə məxsus obyektlərə bir sıra zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Yayda baş vermiş əməliyyatdan sonra ilk dəfədir ki, İsrail ordusu Tehranın mərkəzində İran rejiminin hədəflərinə zərbələr endirir" , - deyə məlumatda bildirilir.
İsrail ordusunun İrana zərbələr endirməsi barədə bəyanatları fonunda Tehranda silsilə partlayışlar baş verib. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, partlayışlar raket hücumu nəticəsində baş verib. Onların fəsadları barədə hələlik məlumat daxil olmayıb.
İsrail Hərbi Hava Qüvvələri İrana qarşı daha bir zərbələr seriyasını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr İslam Respublikasının qərb və mərkəzi bölgələrində yerləşən hədəflərə endirilib. Ümumilikdə 30-dan çox obyektə hücum edilib. Onların arasında hava hücumundan müdafiə sistemləri, raket qurğuları, hərbi qərargahlar və hökumət obyektləri də var.
İsrail ordusu İrana qarşı yeni zərbələr dalğasına başladığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, hədəflər sırasında ballistik raketlər və hava hücumundan müdafiə sistemləri yer alır.
"Mehr" agentliyinin məlumatına görə, Tehranda iki yeni partlayış baş verib.
İsrail ordusu (SAXAL) İranın mərkəzi bölgələrində yerləşən raket kompleksləri və hava hücumundan müdafiə sistemlərinə qarşı növbəti zərbələr silsiləsini başa çatdırdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri Mərkəzi İranda rejimə məxsus raket kompleksləri və HHM sistemlərinə qarşı növbəti zərbə dalğasını həyata keçirib. Hücum zamanı daha əvvəl hədəfə alınmamış bir neçə buraxılış qurğusu da vurulub və zərər genişləndirilib", - deyə ordunun mətbuat xidmətinin bəyanatında bildirilir.
Açıqlamada qeyd olunub ki, həyata keçirilən zərbələr İsrail Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirir.