Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail məhv edilən HƏMAS komandirlərinin fotolarını yaydı
İsrail ordusu HƏMAS hərəkatının iki komandirinin məhv edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son bir neçə gün ərzində İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və İsrail hərbi personalına qarşı təhdidləri aradan qaldırmaq məqsədilə Qəzza zolağında hərəkatın hədəflərinə və yaraqlılarına zərbələr endirib.
Hücumlar zamanı HƏMAS-a tabe olan "Qəzza" briqadası komandirinin müavini Əhməd Şimali və qruplaşmanın digər komandirlərindən biri olan Camil Omar öldürülüb.

"İsrail" teqi üzrə xəbərlər
- Netanyahunun korteji qəzaya düşdü
- Qəzzada saxlanan girovların azad edilməsi ilə bağlı razılıq əldə olundu
- İran parlamentinin spikeri: "İstənilən hücum barıt çəlləyini alovlandırmaqdır"
- Tarantino İsraildə milyonlarla dollar dəyərində torpaq sahəsi alıb
- Benyamin Netanyahunun Azərbaycana səfərinin tarixi məlum oldu