“Biz vəziyyəti nəzarətə götürdük və tammiqyaslı hücuma başlayırıq”.
Bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant axşam saatlarında Qəzza zolağı ilə sərhəddə əsgərlərlə görüşü zamanı deyib.
“Qiyməti gördünüz, indi isə dəyişikliyin şahidi olacaqsınız. HƏMAS Qəzzada dəyişiklik istəyirdi və bu, onların düşündüklərindən 180 dərəcə fəqli olacaq. Onlar peşman olacaqlar. Holokostdan sağ çıxanları öldürməyə gələn hər kəs maksimum güclə və güzəştə getmədən məhv ediləcək”, - Qalant qeyd edib.
Mənbə: mignews.com