Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrail Müdafiə Qüvvələri diviziyalarından birini Qəzza zolağından çıxardı
İsrail Müdafiə Qüvvələri 36-cı diviziyasını Qəzza zolağından çıxarıb.
Bu addım şəxsi heyətin yenidən qruplaşdırılması və əlavə təlim keçilməsi məqsədilə atılıb.
Digər üç diviziya isə quru əməliyyatı zonasında qalacaq.
Məlumata görə, diviziyanın geri çəkilməsi İsrail Müdafiə Qüvvələrinin (IDF) HƏMAS-a qarşı uzunmüddətli müharibə planlarının bir hissəsidir və qoşunların döyüş qabiliyyətinin saxlanılması məqsədi daşıyır.
Diviziyanın bölmələrinə qısa fasilə veriləcək, sonra onlar təlim müddətində diviziyanın yerləşdiyi yerə qayıdacaqlar, bundan sonra IDF onun Qəzza zolağına qayıdıb-qayıtmayacağına dair qərar verəcək.
Qeyd edək ki, son iki ay ərzində 36-cı diviziya Qəzzanın şimalında fəaliyyət göstərib və HƏMAS-ın batalyonlarını məhv edib.
162-ci diviziya Qəzza zolağının şimalında qalır və HƏMAS infrastrukturunun aşkar edilməsi üzrə əməliyyatlar aparır, 99-cu diviziya mərkəzi bölgədə fəaliyyət göstərir, 98-ci diviziya isə Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində HƏMAS-a qarşı mübarizə aparır.
Mənbə: “Times of Israel”
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detalları bəlli oldu
- HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
- İsrail ordusu HƏMAS komandirini öldürüb
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
Rəylər