Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırır
İsrail Müdafiə Ordusu (SAXAL) cümə günü Qəzza zolağının şimal hissəsinin sakinlərini cənuba təxliyə etməyə çağırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə SAXAL-ın rəsmi nümayəndəsi Avixay Adrai "X" sosial şəbəkəsində yazıb.
"İsrail Müdafiə Qüvvələri sizin olduğunuz ərazilərdə aktiv əməliyyatlar aparır, çünki terror təşkilatları burada fəaliyyətlərini davam etdirirlər", - deyə o bildirib.
Adrai Şeyx Zaid, Salatin, Beyt Lahiya, Cabaliya və yaxınlıqdakı şəhərlərin ərazilərinin indi təhlükəli döyüş zonaları hesab edildiyini dəqiqləşdirib və sakinləri dərhal cənuba təxliyə olunmağa çağırıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar