İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın “Şücayyə” batalyonunun yeni komandiri Emad Kriki məhv edib.
Bu barədə ordunun “Telegram” kanalında məlumat yayılıb.
Qeyd edək ki, HƏMAS batalyonunun əvvəlki komandiri artıq müharibənin əvvəlində SAXAL tərəfindən öldürülmüşdü.
Krik 2019-cu ildən HƏMAS-ın “Şücayyə” batalyonunun komandir müavini olub. O, əvvəllər Qəzza Şəhər Briqadasında tank əleyhinə raket təlimlərinə cavabdeh olub. Krik həmçinin İsrail ərazisi daxilində həyata keçirilən tank əleyhinə raket atışlarının və terror reydlərinin bir hissəsi idi. Müharibə zamanı HƏMAS-ın “Şücayyə” Batalyonunun komandiri aradan qaldırıldıqdan sonra Krik müvəqqəti olaraq batalyon komandiri vəzifəsini icra edib.
Mənbə: “IDF” ”Telegram” kanalı
Rəylər