Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![İsrail ordusu "Hizbullah"ın hədəflərinə hücum edib](https://images.oxu.az/2025/02/10/WAC5XYd98miwnIrSUWnVE9S33Cqogq0MjEBkPuG8:1200.webp)
İsrail ordusu "Hizbullah"ın hədəflərinə hücum edib
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarələri Livanın şərq, şimal və cənubunda yerüstü hədəflərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Qeyd olunur ki, təyyarələr "Hizbullah" hərəkatının mövqelərinə, yeraltı sığınacaqlarına və anbarlarına raket zərbələri endirib. Suriya ilə sərhədə yaxın gizli yeraltı tunelin aşkarlandığı dağlıq bölgədə hərəkatın bazası hədəf alınıb.
İsrail Müdafiə Ordusunun (SAXAL) verdiyi məlumata görə, HHQ Suriya ərazisindən Livana gedən və "Hizbullah" tərəfindən Bekaa vadisi ərazisində silah qaçaqmalçılığı üçün istifadə edilən yeraltı tunelə zərbə endirib. Hərbçilər daha əvvəl tunelə hücum etdiklərini və onun bərpasına və istifadəsinə mane olmaqda qərarlı olduqlarını vurğulayıblar.
"İsrail-Livan gərginliyi" teqi üzrə xəbərlər
- İsrail və "Hizbullah" atəşkəsi uzatmaq niyyətindədirlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
Rəylər