Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Taliban"dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək
"Taliban" BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Amu TV" məlumat yayıb.
Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.
Qeyd edək ki, bu "Taliban"ın ölkədəki BMT nümayəndələrinə qarşı ilk qadağası deyil. Belə ki, təşkilat 2023-cü ilin aprelində qadınların BMT nümayəndəliyində işləməsini qadağan edib.
"Taliban hərəkatı" teqi üzrə xəbərlər
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- Əfqanıstanda qadınların camaat namazında iştirakına qadağa qoyulub
- Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi
- 100 əfqanın həyatını xilas edən kanadalı veteran "Taliban"ın girovluğundan azad edildi
- ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər
Ən çox oxunanlar