Qəzza zolağına İsrail ordusunun endirdiyi hava zərbəsi nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının psixoloji müharibə üzrə müavini vəzifəsində çalışan Vael Əbu Fanuna məhv edilib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“İslami Cihad”ın yüksəkrütbəli üzvü Vael Əbu Fanuna Hərbi Hava Qüvvələrinin dəqiq aviazərbəsi nəticəsində məhv edilib”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Əbu Fanuna “İslami Cihad”ın psixoloji müharibə əməliyyatları üzrə rəhbərinin müavini olub və terror təşkilatı sıralarında bir neçə vəzifə, o cümlədən Qəzza zolağının şimalında “İslami Cihad” komandanı Xəlil Bəxtinin köməkçisi olub.
“Əbu Fanuna “İslami Cihad”ın İsrailə raket hücumları ilə bağlı videoların dərc edilməsinə, həmçinin Qəzza zolağındakı terror təşkilatlarının İsrail cəmiyyətinə qarşı psixoloji müharibəsinin bir hissəsi kimi israilli girovların sənədlərinin yaradılmasına və yayılmasına cavabdeh idi”, - deyə mətbuat xidməti əlavə edib.
İsrail ordusu Qəzzada “İslam Cihadı”nın yüksəkrütbəli üzvünü məhv etdi - VİDEO
Mənbə: TASS
Rəylər