İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada husilərin hədəflərinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" hesabında yazıb.
"Biz "Bağlama yoldadır" adlı əməliyyat çərçivəsində Sənada husi terror təşkilatının çoxsaylı terrorçu hədəflərinə güclü zərbə endirdik.
HHQ-nin təyyarələri husilərin baş qərargah düşərgəsi də daxil olmaqla bir neçə hərbi düşərgəyə hücum edib, onlarla yaraqlını öldürüb, PUA və silah ehtiyatlarını məhv edib.
Dünən söz verdiyim kimi, bizə pislik edən hər kəs yeddiqat cəzalandırılacaq", - o vurğulayıb.
Yəmən mənbələri Sənaya 15-dən çox hava hücumunun təşkil edildiyini bildiriblər.