İsrail ordusu Tehranda bir neçə yanacaq anbarına zərbələr endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehranda yerləşən bir sıra yanacaq saxlama obyektlərinə zərbələr endiriblər.
Bildirilib ki, hücuma məruz qalan yanacaq anbarlarından İran silahlı qüvvələri tərəfindən istifadə olunurdu.
İsrail və ABŞ İranın paytaxtı Tehranın cənub rayonlarına hava zərbələri endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücumlar Tehranın neft anbarlarının yerləşdiyi ərazilərinə yönəlib.
Hadisə nəticəsində dəyən ziyan və mümkün itkilər barədə hələlik məlumat verilməyib.
İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehrana yeni genişmiqyaslı zərbələr dalğasına başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatların əsas hədəfi İran paytaxtındakı hökumət infrastruktur obyektləridir.