İsrail hərbçiləri Qəzza zolağında radikal HƏMAS qruplaşmasının "Nuhbə" adlı xüsusi təyinatlı dəstəsinin komandirini öldürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
"SAXAL Qəzza zolağının cənub hissəsinə zərbə endirərək HƏMAS-ın hərbi qanadının "Nuhba" xüsusi təyinatlı qüvvələrinin dəstə komandiri Yəhya Həmdanı məhv edib. O, 7 oktyabr 2023-cü hadisələri zamanı "Reim" hərbi bazasına hücumda iştirak etmişdi. O, Qəzza zolağında fəaliyyət göstərən qoşunlar üçün birbaşa təhlükə yaradırdı və havadan endirilən dəqiq zərbə ilə zərərsizləşdirilib".
Qurumdan, həmçinin bildirilib ki, hücumdan öncə dinc sakinlərə dəyə biləcək ziyanı ən aşağı səviyyəyə endirmək məqsədilə lazımi qabaqlayıcı tədbirlər görülüb.