Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail polisi HƏMAS yaraqlılarının virtual pul kisələrinin bloklandığını bildirib
İsrail polis əməkdaşları HƏMAS yaraqlılarının istifadə etdiyi kriptovalyuta hesablarını dondura bildiklərini bildiriblər.
Bu barədə “X” sosial şəbəkəsində İsrail hüquq-mühafizə orqanlarının hesabında məlumat verilib.
“İsrail Polisinin Kibertəhlükəsizlik Bölməsi, Müdafiə Nazirliyi, İsrail Təhlükəsizlik Agentliyi və digər dövlət kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edərək, HƏMAS-ın istifadə etdiyi kriptovalyuta hesablarını uğurla dondurub”, - deyə departamentdən açıqlama verilib.
Müəyyən edilib ki, yaraqlılar bloklanmış virtual pul kisələrindən öz fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə ediblər.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının qüvvələri İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan ediblər. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.