Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?
"İsrail Qəzza zolağında atəşkəs razılaşmasına sadiqdir, lakin Fələstinin HƏMAS radikal hərəkatının mümkün təxribatlarına dözməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib və hərbçilərin anklavda hərbi əməliyyatları hər an bərpa etməyə hazır olduqlarını vurğulayıb.
O xatırladıb ki, HƏMAS nümayəndələri atəşkəs razılaşmasının ilk günündə azad ediləcək ilk girov qrupunun siyahısını vaxtında verməyiblər.
"Bu səhər HƏMAS öhdəliklərini yerinə yetirmədi və geri qaytarılan girovların siyahısını razılaşdırıldığı kimi təhvil vermədi. Eyni zamanda, biz Qəzza zolağında binalara və terrorçulara hücum etdik və atəşkəs daha da gecikdi. Bu səhər də sübut etdiyimiz kimi, heç bir pozuntuya göz yummayacağıq", - Haqari bildirib.
"Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi" teqi üzrə xəbərlər
- HƏMAS Ramazan bayramında atəşkəs üçün bir neçə girov azad edə bilər
- İsrail Qəzzada atəşkəsdən imtina etdiyini açıqladı
- Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib
- Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
- HƏMAS İsrailin atəşkəsin birinci mərhələsinin uzadılması şərtlərini RƏDD ETDİ